Bakıda hotel ərazisində qanunsuz tikinti işlərinin qarşısı alınıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikinti işlərinin qarşısını alıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bu çərçivədə, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” hotelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.

0.083089828491211