Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Eyni zamanda bütün məlumat sürət tablolarından “güclü külək” və “sürüşkən yol” işarəsi də götürülüb.
Qeyd edək ki, hazırda həmin yolda sürət həddi 90 km/saatdır.