Cəlilabadda qarlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda qarlı hava şəraiti nəqliyyatın hərəkətində qismən problemlər yaradıb.

“Report”un məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravardan keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda sözügedən yol ağır texnikalar tərəfindən qar örtüyündən təmizlənir.

Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir.

0.069194078445435