Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Yolu keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Səxavət Yafət oğlu Əliyevi avtomobil vurub.
Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır.