“Böyük sənətkarlarımız danışmadığı üçün məcbur qalıb mən danışıram”.
Bu sözləri ARB-nin efirində yayımlanan verilişlərdən birində Əməkdar artist Nigar Şabanova deyib.
O bildirib ki, bəzi müğənnilərin oxuduğu mahnılar insanların tərbiyəsini pozur.
“İndi elə müğənnilər çıxıb ki, nə notdan xəbəri var, nə də bəstəkar tanıyır. Amma sənətdən danışırlar, mənəm-mənəm deyirlər. Mənim heç bir mahnım trendə düşməyib, amma onlarınkı trenddədir. Çünki sənət heç vaxt trendə düşmür. Sənət zövqlü insanların beynində qalır, ruhunu dincəldir”, - deyə müğənni vurğulayıb.