Göyçayda yolun təmiri yeddi ilə yaxındır bitmir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15-ə yaxın kəndin sakinlərinin mütəmadi istifadə etdiyi Göyçay-Bərgüşad avtomobil yolu getdikcə bərbad hala düşür.

2017-ci ildə yolda təmir işləri start götürsə də, bu günə qədər başa çatmayıb.

Sürücülər də bu yararsız yoldan istifadə etmək məcburiyyətində qalırlar.

Onların sözünə görə, yolun bu vəziyyətdə olması səbəbindən tez-tez avtoqəzalar da baş verir.

Məsələ ilə əlaqədar Avtomabil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Xəzər Xəbər”ə açıqlama verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

0.090959072113037