Şəkidə iki avtomobil toqquşub: Piyada xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə minik avtomobilləri toqquşub.

APA-nın məlumatına görə hadisə saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Ford” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Qəzadan sonra “Ford” ərazidə olan piyada - 1995-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Nəcməddin Məcnun oğlu Əhmədovu vurub. Xəsarət alan N. Əhmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.097279071807861