Xasbulayev: “Atasının ölümündən sonra Həbib hər kəsdən daha çox təzyiq hiss etdi”

“Onun atası ilə çox isti münasibətləri vardı. Onlar bütün zamanlarını birlikdə keçirirdilər”.

RT-nin məlumatına görə, bu sözləri UFC çempionu Həbib Nurməhəmmədovun yaxın qohumu Məhəmmədrəsul Xasbulayev idmançının atasının ölümündən sonrakı vəziyyəti barədə danışarkən deyib.  

“Həbib Abdulmanapın ölümündən sonra bizim hamımızdan daha çox təzyiq hiss edirdi. Biz onun tələbələri, o isə oğludur”, - deyə M.Xasbulayev bildirib.

Xatırladaq ki, Abdulmanap Nurməhəmmədov iyulun 3-də ölüb.

0.42199206352234