Yəmənin şimalında hakim olan “Ənsar Allah” (husilər) hərəkatının yaraqlıları Ədən körfəzində üç gün ərzində ticarət gəmisinə üçüncü hücumunu həyata keçirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) xəbər verilib.
“Yanvarın 18-də İranın dəstəklədiyi husi terrorçuları Marşal adaları bayraqlı, ABŞ-yə məxsus olan və Yunanıstanın idarəçiliyində olan “Chem Ranger” tankerinə gəmi əleyhinə iki ballistik raket atıblar”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, heyət üzvləri raketlərin gəminin yanında suya düşməsini izləməli olublar.
“Dağıntılar və heyət üzvləri arasında xəsarət alanlar barədə məlumat yoxdur. Gəmi hərəkətə davam edib”, - deyə hərbçilər vurğulayıblar.
Bundan əvvəl “Al Jazeera” telekanalı husilərin bəyanatına istinadən Ədən körfəzində ABŞ-nin “Chem Ranger” gəmisinə hücum edildiyini bildirib. Yəmən qruplaşması “dəniz raketləri” ilə gəminin birbaşa vurulduğunu iddia edib.
Third Houthi Terrorists Attack on Commercial Shipping Vessel in Three Days
— U.S. Central Command (@CENTCOM) January 19, 2024
On Jan. 18 at approximately 9 p.m. (Sanaa time), Iranian-backed Houthi terrorists launched two anti-ship ballistic missiles at M/V Chem Ranger, a Marshall Island-flagged, U.S.-Owned, Greek-operated tanker… pic.twitter.com/moBkH0Al5B