Cəlilabadda birmərtəbəli ev külə döndü

Cəlilabad rayonunun Soltankənd kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 135 m² sahədə yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan talvarın lambirindən ibarət tavanı əriyib. Evin və talvarın qalan hissəsi, bitişik ümumi sahəsi 40 m² olan qaraj yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.40483713150024