Yaponiyanın ən nüfuzlu ədəbi mükafatının qalibi roman yazarkən süni intellektdən istifadə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın ən nüfuzlu ədəbi mükafatının qalibi roman yazarkən ChatGPT-dən istifadə etdiyini etiraf edib.

Rie Kudan “Tokio Qülləsi” romanına görə "Akutaqava" mükafatını alıb. Onun sözlərinə görə, əsərdəki cümlələrin təxminən 5%-i “chatbot” tərəfindən yazılıb və sonra dəyişdirilməyib.

Müəllif yaradıcılığını daha da inkişaf etdirmək üçün gələcəkdə də süni intellekt texnologiyalarından istifadə etmək arzusunda olduğunu bildirib.

Mənbə: RİA novosti

0.074625968933105