Sankt-Peterburqda anbarda güclü yanğın baş verib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkin rayonunda “Wildberries” anbarında yanğın baş verib.

Bu barədə Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanğın 1000 kvadratmetr ərazini əhatə edib. Yanğın 2-ci dərəcəli olaraq qiymətləndirilib.

Hadisə yerinə 20 yanğınsöndürən maşın və 83 xilasedici cəlb olunub.

Hələlik itkilər barədə məlumat yoxdur. Hadisənin səbəbi araşdırılır.

Mənbə: 78.ru

0.060857057571411