Bakıda içində iki min dollar olan çanta oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadının çantasını oğurlayan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir qadının içərisində 2 000 ABŞ dolları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.076426982879639