Xəzər Teyyublu: Bu çox vacib bir məsələdir

Prezidentliyə namizəd Fuad Əliyevin “Vətəndaş Birliyi” seçki qərargahının iclası keçirilib.

“Vətəndaş Birliyi” seçki qərargahının rəhbəri Xəzər Teyyublu Azreform.info-ya deyib ki, iclasda prezidentliyyə namizəd Fuad Əliyevin vəkillərinin, seçki məntəqələrdə müşahidəçilərin sayının müəyyən etməsi və digər texniki məsələlər müzakirə olunub.

“Vətəndaş Birliyi” seçki qərargahının üzvü Kamal Hüseynov təbliğat-təşviqat materiallarının hazır olduğunu və yaxın günlərdə dairələr üzrə göndəriləcəyini bildirib.

Onun sözlərinə görə, bu prosesdə də könülillərin cəlb olunması nəzərdə tutulub.

“Vətəndaş Birliyi” seçki qərargahının rəhbəri Xəzər Teyyublu müşahidəçilər üçün treninqlərin keçirilməsini təklif edib:

“Bu çox vacib bir məsələdir. Müşahidəçilər bilməlidirlər ki, seçki günü nə etməlidirlər və öz hüquqlarını tanımalıdırlar”.

0.094717979431152