ABŞ-nin keçmiş lideri Donald Tramp bildirib ki, hazırkı Prezident Co Bayden üçüncü dünya müharibəsinə başlaya və ABŞ-ni hələ prezident seçkisindən əvvəl məhv edə bilər.
“Seçkiyə az qalsa da, kifayət qədər vaxt var... Son 10 ay ərzində onlar (Co Baydenin administrasiyası) ölkəmizi tamamilə məhv edə bilərlər”, - deyə siyasətçi bildirib.
Tramp, həmçinin qeyd edib ki, o, Baydendən fərqli olaraq dünya liderləri ilə necə anlaşacağını bildiyi üçün Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməyəcək. O əlavə edib ki, özü ABŞ-ni xilas etməyə qadir olan yeganə dövlət başçısı namizədidir.
Mənbə: gazeza.ru