Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə büründü - FOTO

Dünyanın ən böyük və gözəl şəlalələrindən biri olan Niaqara Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə işıqlandırılıb.

Bununla bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Twitter” hesabında paylaşım edib.

“Niaqara şəlaləsi bu gün Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılır. Bunu reallaşdırdığınıza görə çox təşəkkür edirəm”, - baş konsul qeyd edib.

 

0.32057499885559