“Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” Qərara dəyişiklik edilib.
Nazirlər Kabinetinin qərarına əsasən, övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı aşağıdakı kimidir:
Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi;
Bütün növ infeksion (yoluxucu) xəstəliklər;
Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr;
Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları;
Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.