Onları Azərbaycanın haqq işini müdafiə etməyə çağırmışıq-ALDP sədri

Sentyabrın 27-dən Azərbaycan xalqı, ordusu Vətən müharibəsi aparır. Xalq-dövlət, xalq-iqtidar birliyi heç vaxt görünməmiş səviyyəyə çatıb. Hətta hakimiyyətə qarşı müxalifət mövqeyində olan partiyalar belə, vətən müharibəsində siyasi mövqeni arxa plana keçiriblər.

Müharibə dövründə müxalifət partiyaları necə çalışır? – sualı ilə “Yeni Müsavat” qəzeti Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət etdi.

ALDP sədri Fuad Əliyev bildirdi ki, müxalifətçilik fəaliyyətini müharibəyə görə kənara qoyublar. Siyasi fəaliyyət davam edir:

“Fəaliyyətimizi daha da gücləndirmişik. Partiyamız xaricdə əməkdaşlıq etdiyimiz partiyalara Azərbaycanın haqq işi ilə bağlı məlumatlar verib, onları Azərbaycanın haqq işini müdafiə etməyə çağırmışıq. Bu cür addımlarımız davam edir. ALDP orduya dəstək olaraq təşviqat videoçarxı hazırlayıb və sosial şəbəkələrdə paylaşıb. Vətən müharibəsinə mümkün olan dəstəyimizi verməyə çalışırıq”.

 

0.11583399772644