Azərbaycanlı xanımların tikdikləri bayraqlar Vaşinqtonun mərkəzində dalğalandı - FOTO

 

ABŞ-ın Virciniya ştatında yaşayan aiki azərbaycanlı xanım öz əllər ilə Azərbaycan bayraqları tikiblər.

Bayraqlar bu gün Vaşinqtonda baş tutan aksiyada dalğalanıb. 

Bununla bağlı məlumatlar sosial şəbəkədə yayılıb. 

Qeyd edək ki, Ağ Evin qarşısında keçirilən etiraz tədbirində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması sərt şəkildə pislənib. 

 

0.32516098022461