Əfqanıstanda iki helikopter toqquşdu: 15 ölü

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter Qilmend vilayətində toqquşub. 

Bununla bağlı TASS yerli KİV-lərə istinadən məlumat yayıb. 

Hər iki helikopter təhlükəsizlik qüvvələrinə aid olub. Hadisə nəticəsində azı 15 nəfər ölüb. 

Qəzanın təfərrüatı məlum deyil.

0.29363894462585