“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask ən sevdiyi yeməyin dönər-kabab olduğunu açıqlayıb.
Bununla bağlı “Uniland” nəşri məlumat yayıb.
O, “Twitter” hesabında ünvanlanan sualına cavab olaraq bildirib ki, dönər-kababı Almaniyaya səfəri zamanı yeməyi üstün tutur:
O, ən yaxşı dönər-kababın Berlindəki “Taxeles” art-mərkəzində hazırlandığını bildirib:
“Təəssüf ki, həmin məkan artıq fəaliyyət göstərmir”.
Qeyd edək ki, Almaniyada il ərzində 3,5 milyard avro dəyərində dönər-kabab satılır. Hər gün bu yemək üçün 600 ton ət istifadə edilir.