Qırğızıstan parlamentinin yeni sədrinin adı məlum olub.
TASS agentliyi xəbər verir ki, Kanat İsayev Qırğızıstan parlamentinin yeni sədri seçilib.
K. İsayev parlamentin “Kırğızıstan” fraksiyasının üzvüdür.
Qeyd edək ki, Qırğızıstanda oktaybrın 5-də başlayan etiraz aksiyalarından sonra Qırğızıstan Mərkəzi Seçki Komissiyası son seçkilərin nəticələrini ləğv edib.