İstanbulda saxlanılan “Mübariz İbrahimov” gəmisinin heyət üzvlərinin qida ehtiyatı tükənir

İstanbul limanında qalan rusiyalı dənizçilərin qida və suyu bitmək üzrədir.

Bu barədə Vesti.ru məlumat yayıb.

“Mübariz İbrahimov” gəmisi Malta bayrağı altında üzsə də, “Palmali” şirkətinə daxil olan “Armada Voyager One” kompaniyasına aiddir. 2020-ci ilin 24 iyununda heyət üzvlərinə maaşlarının verilməməsi səbəbilə Türkiyə hökuməti gəmini saxlayıb. Kompaniya dənizçilərə 220 min dollar ödəniş etməlidir. Heyət üzvlərinin iki günlük qida ehtiyatı qalıb.

0.75047898292542