Türkiyədə kömür mədənində partlayış: Bir ölü, üç yaralı

Türkiyənin Çorum bölgəsində kömür mədənində partlayış baş verib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində bir mədən işçisi həlak olub, üç nəfər yaralanıb.

Partlayış metan qazının sıxılması nəticəsində baş verib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilir.

0.31238794326782