Rusiyada terrorçuları zərərsizləşdirən polislər həyatlarını itirdilər

Rusiyanın Çeçenistan Respublikasının Qroznı şəhərində hüquq-mühafizə işçilərinə atəş açan dörd terrorçu zərərsizləşdirilib.

TASS Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinin məlumat mərkəzinə istinadla xəbər yayıb.

Bildirilir ki, üç hüquq-mühafizə əməkdaşı terrorçuların açdığı atəş nəticəsində həyatını itirib.

“Hüquq-mühafizə orqanlarının səlahiyyətlilərinə təslim olma təklifinə cavab olaraq quldurlar atəş açıblar. Atışma zamanı dörd quldur zərərsizləşdirilib”, - deyə məlumatda qeyd olunur.

Hadisə yerində araşdırma aparılır. Ölən hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı barədə məlumatlar dəqiqləşdirilir.

Qərargahdan verilən məlumata görə, ərazidə terror aktları təhlükəsi var:

“Cəmiyyətə və dövlətin mənafelərinə ciddi zərər verə biləcək terror aktları planlaşdırılır. Cinayət fəaliyyətini boğmaq və nəticələrini minimuma endirmək üçün bütün lazımi tədbirlər görülür”.

0.32691597938538