ABŞ-da 11 yaşlı uşaq məktəb avtobusunu qaçırdı - VİDEO

ABŞ-ın Luiziana ştatının Baton Ruj şəhərində 11 yaşlı uşaq məktəb avtobusunu qaçırıb.

Bu barədə yerli WBRZ telekanalı xəbər yayıb.

Məlumata görə, uşaq avtobusa minərək onu işə salmağı bacarıb.

Polislər xidməti maşında şəhər boyu onun arxasınca düşüblər. Təxminən yarım saatdan sonra avtobus qaz kəmərinə, daha sonra ağaca çırpılıb. Bundan sonra polislər avtobusu mühasirəyə alıblar.

Azyaşlı avtobusdan çıxarılıb, onun əllərinə qandal taxılıb.

O, avtomobil oğurluğu və başqa bir neçə ittihamla yetkinlik yaşına çatmayanlar üçün mərkəzə aparılıb.

0.30570697784424