BMT on üç milyon insana yardım çağırışı etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) Mali, Burkina-Faso və Nigeriya arasında yerləşən bölgədə ən pis humanitar böhranlardan birinin yaşandığını açıqlayıb.

Ofisin “Twitter” hesabından bu barədə edilən paylaşımda “Mərkəzi Sahel bölgəsində 13 milyon insanın bir milyard dollar humanitar yardıma ehtiyacı var. İndi hərəkət etmək zamanıdır”, - deyə qeyd olunur.

Həmçinin bildirilir ki, oktyabrın 20-də, Mərkəzi Sahel bölgəsindəki vəziyyətlə əlaqədar Danimarka, Almaniya və Avropa İttifaqı arasında nazirlər səviyyəsində ortaq onlayn görüş keçiriləcək.

Gələn il bölgədə humanitar yardıma ehtiyacı olan insanların sayının beş milyon artacağı vurğulanıb.

0.35471296310425