Naməlum şəxs avtobus dayanacağını atəşə tutub: Ölənlər və yaralılar var - FOTO

Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində 18 yaşlı oğlan avtobus dayanacağında dayanan şəxsləri atəşə tutub.

“RİA Novosti” agentliyi xəbər verir ki, insident nəticəsində üç kişi ölüb, üç qadın yaralanıb.

Məlumata görə, hadisəni törədən gənc evdə nənəsi ilə mübahisə edib, daha sonra isə əlinə silah götürərək onu yaralayıb. Silahlı şəxs bununla kifayətlənməyərək küçəyə çıxıb və dayanacaqda dayanan şəxslərə atəş açıb. 

Hazırda yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin bildirib ki, zərurət yaranarsa, zərərçəkənlər hava nəqliyyatı ilə vilayətin regional tibb mərkəzinə təxliyyə ediləcəklər.

0.29810500144958