Selfi çəkmək istəyi faciə ilə nəticələndi

Ukraynanın Odessa şəhərində yük qatarının üstünə çıxaraq selfi çəkmək istəyən gənc bədbəxt hadisə ilə üzləşib.

Korrespondent.net bu barədə Ukrayna Milli Polisinin regional şöbəsindən verilən məlumata istinadla xəbər yayır.

Bildirilir ki, elektrik vurması nəticəsində 18 yaşlı oğlanın bütün bədəni yanıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

0.3338508605957