"Paşınyan xuntası Moskvanı saymır və başqa qüvvələrin nəzarəti altındadır."
Xəbər-PS məlumatına görə, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibəsində bildirib.
- Fuad müəllim, Azərbaycan ordusu anti-terror əməliyyatlarına başlayaraq işğalda olan bir neçə kəndi azad edib. Ermənilərin bir neçə alayı, raket kompleksləri tamamilə məhv edib, silah-sürsat və çoxlu sayda hərbi texnikası qənimət kimi ələ keçirilib. Bütün bu uğurlara baxmayaraq oktyabrın 10-u humanitar atəşkəsə razılıq verir. Nə dərəcədə bu bizə lazım idi?
-Bəli, Azərbayc an ordusu əks-hücum nəticəsində işğalda olan 30-dan çox kəndi azad edib. Düşmən hərbi texnikanı döyüş meydanında qoyub qaçıb. Onların minlərlə əsgər və zabiti məhv edilib. İndi sual verirsiz ki bu humanitar atəşkəsə getmək lazım idi, yoxsa yox? Birincisi, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Bu birmənalıdır. İkincisi, Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşıb. İndi biz razılıq verməsəydik, onda ermənilər və onlara dəstək verən ölkələr Azərbaycanı “antihumanist” ölkə adlandıraraq, ordumuzun bütün cəbhə boyu əldə olunan nailiyyətlərə baxmayaraq, təzyiqlər edib geri çəkilməyə məcbur edəcəkdilər. Azərbaycan bu addımı ilə buna imkan vermədi.
-Amma “atəşkəs” deyib yalvaran erməni, heç bir saat keçməmiş razılığı pozdu, döyüş mövqelərinə yeni hücumlar etdilər və gecə saat 2 radələrində Gəncə şəhərinin yaşayış binalarını raket atəşinə tutdular.
-Buna adekvat cavab veriləcək. Heç şübhəniz olmasın. Həm hərbi cavab olacaq, həm də diplomatik. Biz haqq yolundayıq. Azərbaycan ordusu işğalda olan bütün torpaqlarımızı azad edəcək. Ermənilər tərəfindən atəşkəsin pozulması, dinc əhalinin həlak olduğuna, yararlı olmasına görə məsuliyyəti bir başa Rusiyanın üzərindədir. Çünki onlar bu atəşkəsin pozulmamasına görə, hər iki tərəf üçün qarant olublar. Və əgər ermənilər bunu pozublarsa, deməli bunun məsuliyyətini Rusiya daşıyır. Bununla da tam aydın olur ki, artıq Ruasiya Ermənistanı tam nəzarət edə bilmir. Paşınyan xuntası Moskvanı saymır və başqa qüvvələrin nəzarəti altındadır.
-Gəncə şəhərində ermənilərin raket bombalanması nəticəsində onlarla həlak və yüzlərlə yaralı dinc vətəndaşlarımız oldu...
-Bu namərd erməni düşməndən başqa nə gözləmək olardı?! Gəncə şəhərində baş verən hadisəni azərbaycanlıların soyqırımı kimi qiymətləndirirəm. Bununla bağlı xarici ölkələrdə əməkdaşlıq etdiyimiz partiyaları məlumatladırmışıq. Onlardan işğalçı erməni terroristlərin torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyatları barəsində və Gəncə şəhərində mülki şəxslərə qarşı hücumu Cenevrə Konvensiyasının pozulması haqqında məlumatları öz ölkələrində çatdırılmasını xahiş etmişik.