Ermənilər Gəncəni atəşə tutdu: 8 nəfər öldü, 40-dan çox insan yaralandı - YENİLƏNİB + VİDEO

Gəncədə baş verən hadisə zamanı 8 mülki şəxs həlak olub. 

Bununla bağlı Xeber-ps.com-ın hadisə yerində olan müxbiri məlumat verib. 

Hadisə nəticəsində azı 40-dan çox mülki şəxs müxtəlif xəsarətlər alaraq, xəstəxanalara yerləşdirilib.

Dağıntılar altında qalanlar var.

04:27

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında düşmən Gəncə şəhərini atəşə tutub. 

Hadisə nəticəsində dağıntılar meydana gəlib. Ölən və yaralıların olduğu bildirilir. 

“Bakupost” xəbər verir ki, hadisə zamanı üç mülki şəxs həlak olub, 40-dan çox insan xəsarət alıb.

0.35802698135376