Xuan Mata “Mançester Yunayted”i tərk edə bilər

İspaniyalı yarımmüdafiəçi Xuan Mata hazırda çıxış etdiyi İngiltərənin “Mançester Yunayted” klubu tərk edə bilər. 

Sports.ru xəbər verir ki, bununla bağlı insayder İen Makqerri məlumat yayıb. 

O bildirib ki, ispaniyalı futbolçu Səudiyyə Ərəbistanı klubundan təklif alıb. Təklifə əsasən, Mata ilinə 15 milyon dollar qazanacaq. 

Futbolçu hələlik qərarını verməyib. Transferin baş tutması üçün “Mançester Yunayted” Mata ilə 2021-ci ildə bitəcək müqaviləni qarşılıqlı razılaşma ilə ləğv etməlidir. 

32 yaşlı futbolçu bu mövsümdə “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasında çıxış etdiyi iki qarşılaşmada iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

0.3113420009613