İbrahimoviç derbi oyunu üçün məşqlərə qatıldı

“Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç komanda ilə birgə məşqlərə başlayıb.

Xəbəri “Football Italia” nəşri dərc edib.

Bu, isveçli hücumçunun koronavirus testi mənfi çıxdığı barədə xəbərlərdən sonra klubla ilk açıq məşqidir.

Z.İbrahimoviç “İnter”lə derbidə meydana çıxacağına ümid edir.

39 yaşlı forvard daha əvvəl verdiyi açıqlamada COVID-19 virusundan sağaldığını açıqlayıb.

Qeyd edək ki, ötən gün yayılan məlumata əsasən “Milan” klubunun heyətində çıxış edən Zlatan İbrahimoviçin və Leonardo Duartenin növbəti koronavirus testi müsbət çıxmışdı.

Qeyd edək ki, “Milan” 17 oktyabrda A Seriyasının növbəti turunda “İnter”lə qarşılaşacaq.

0.36365103721619