Bişkekdə komendant saatı tətbiq edilir

Qırğızıstanın paytaxtı Bişkekdə bu gündən komendant saatı tətbiq edilir.

“İnterfax” xəbər verir ki, müvafiq əmr şənbə günü Bişkek komendantı Almazbek Orozaliyev tərəfindən imzalanıb.

Bildirilir ki, Bişkekdə saat 21:00-dan 05:00-dək komendant saatı tətbiq olunur.

Bundan əlavə, şəhərdə saat 18:00-dan etibarən silah və spirtli içkilərin satışına, mitinqlərə və küçə yürüşlərinə qadağa qoyulur.

Bişkekdə xüsusi giriş-çıxış rejimi tətbiq edilir.

Xatırladaq ki, Qırğızıstanda siyasi böhran 5 oktyabr tarixindən, Bişkekdə keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifət partiyalarının mitinqlərinin başladığı gündən bəri davam edir.

0.30110001564026