Elmar Fel: “İsraillilər azərbaycanlı mülki əhalinin bombardıman edilməsindən qəzəbləniblər”

“İsraildə olan Azərbaycan diasporu sizinlədir! Televizorum 24 saat açıqdır, xəbərləri izləyirik, Azərbaycan telekanallarına baxırıq. Ümid edirik ki, hər şey yaxşı olacaq və hazırkı müharibə Azərbaycanın qələbəsi ilə başa çatacaq”.

Bu barədə 1990-cı ildən bəri İsraildə yaşayan bəstəkar Elmar Fel Media.Az-a verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, İsraildə Azərbaycanın əleyhdarları ilə ciddi informasiya mübarizəsi gedir:

“Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri İsrail sakinlərinə çatdırırıq. İsraildə Azərbaycanı çox sevirlər. Rəğbət həm cəmiyyət səviyyəsində, həm də hökumət səviyyəsində görünür. Mediada da Azərbaycan-İsrail münasibətləri barədə davamlı yazılar gedir. Biz Azərbaycan benzinindən istifadə edirik, israillilər Azərbaycanda müxtəlif şirkətlərdə işləyirlər. İsraillilər Azərbaycan mülki əhalisinə qarşı Ermənistanın həyata keçirdiyi bombardımandan qəzəblidirlər, bu əsl terrordur”.

- Bir müddət əvvəl Ermənistan İsrailin Azərbaycana silah tədarükündən qəzəblənərək səfirini İsraildən geri çağırdı. Bunun ardınca İsrailin Azərbaycana silah tədarükünü dayandıracağı ilə bağlı bir açıqlama gəldi...

- İsraildə bu artıq təkzib edilib. Bu xəbərlərin ümumiyyətlə reallıqla heç bir əlaqəsi yoxdur. Silah satışına qadağa qoyulmayıb, İsrail tərəfdaşı - Azərbaycanla işləməyə davam edir.

0.33957004547119