Türkiyədəki azərbaycanlı həkimlərdən vətənə dəstək - FOTO

Türkiyənin Ərzincan şəhərində Binəli Yıldırım Tibb Universitetində təhsillərini davam etdirən azərbaycanlı həkimlər ölkəmizə dəstək nümayiş etdiriblər.

İHA məlumat verir ki, onlar Ermənistanın Azərbaycana hücumlarına reaksiya olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə “Qarabağ bizimdir”, “Torpaqlarımızı geri alacağıq” şüarlarını səsləndiriblər.

Onlar qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndirib, Ermənistanın tərəfini tutanları qınayıblar.

Azərbaycanlı həkimlər qeyd edib ki, düşmən torpaqlarımı tərk etməlidir. Əgər torpaqlarımızdan çıxıb getməsələr, onsuz da Azərbaycan əsgəri torpaqlarımızı geri qaytaracaq. Biz dövlətimizə və əsgərlərimizə güvənirik.

0.30551218986511