“Şaxtyor”un doqquz futbolçusunda COVID-19 aşkarlandı

Ukraynanın “Şaxtyor” klubunun doqquz futbolçusunun və komanda personalından doqquz nəfərin təkrar COVID-19 testləri müsbət nəticə verib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

COVID-19-a yoluxan şəxslər həkim məsləhəti ilə 10 günlük özünütəcridə yollanıb. Onların çoxunda xəstəlik simptomsuz və ya yüngül şəkildə keçir.

Xatırladaq ki, oktyabrın 4-də komandada iki futbolçunun COVID-19 testinin müsbət nəticə verdiyi açıqlanmışdı.

0.3056628704071