İstanbulda metrobus qəzası baş verib: Xəsarət alanlar var - VİDEO

İstanbulda metrobus qəzası baş verib.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Merter stansiyasında dayanan metrobusa arxadan gələn digər metrobus çırpılıb.

Qəza nəticəsində yeddi nəfərin xəsarət aldığı bildirilir.

Bununla əlaqədar hadisə yerinə xilasedicilər cəlb edilib.

Qısa müddət ərzində metrobusun hərəkət etdiyi xətdə nəqliyyatın hərəkəti bərpa edilib.

0.32635688781738