Tramp: “Rəhbər Bayden olsaydı, koronavirusdan 2,2 milyon insan ölə bilərdi”

ABŞ Prezidenti Donald Tramp gələcək seçkilərdəki rəqibi Co Baydeni koronavirusla bağlı planının olmamasında ittiham edib.

Bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

“Onun H1N1 donuz qripi ilə mübarizəsi faciəvi oldu. Onun öz qərargahının rəisinin nə danışdığından anlayışı belə yox idi. Əgər Bayden rəhbər olsaydı, 2,2 milyon insanın bu, daha ölümcül xəstəlikdən (koronavirus infeksiyası) ölməsi mümkün idi!”, - deyə Ağ Evin rəhbəri bildirib.

0.27585291862488