Rusiya Müdafiə Nazirliyinin Krımda yerləşən “Yalta” sanatoriyasında güclü yanğın başlayıb.
TASS ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər yayır.
Bildirilir ki, yanğın 1 200 kvadrat metr ərazidə lokallaşdırılıb.
Sanatoriyada olan 300 nəfər binadan çıxarılıb.
Yanğının söndürülməsinə 40-dan çox insan, 13 texnika cəlb edilib.
İnsan itkisinin olmadığı bildirilir.