ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Keyli Makineni koronavirusa yoluxub.
Bu barədə K.Makineni “Twitter” hesabında yazıb.
“Bazar ertəsi aparılan COVID-19 testinin nəticəsi müsbət çıxdı, simptomlar yoxdur”, - deyə K.Makineni bildirib.
Qeyd edək ki, Donald Tramp və xanımı Melaniya oktyabrın 2-də koronavirusa yoluxub.