ALDP sədri: Ermənistan bu əməli ilə özünün terrorçu simasını beynəlxalq ictimaiyyətə göstərdi

“Bu gün Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dinc əhali yaşayan, müharibə getməyən ərazilərini raket atəşinə tutması heç bir beynəlxalq hüquqa sığışmır, heç bir hərbi qaydalara uymur. Görünür ki, Ermənistan artıq məğlubiyyətə düçar olduğunu bilir və bu məğlubiyyət hissi ilə Azərbaycanı necə gəldi atəşə tutur”.

Xəbər-PS məlumatına görə bunu Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Versus.az-a Ermənistan silahlılarının Azərbaycanın mülki əhalisini atəşə tutması səbəbləri ilə bağlı şərhində bildirib.

Partiya sədri qeyd edib ki, Ermənistan bu əməli ilə özünün terrorçu simasını da beynəlxalq ictimaiyyətə göstərmiş olacaq:

“Ermənistan hərb qaydalarını pozmaqla eyni zamanda 2-ci, 3-cü dövlətləri də bu müharibəyə cəlb etmək istəyir. Təbii ki, bu mümkün olan deyil. Artıq Azərbaycan ordusu Ali Baş Komandanın qətiyyətli mövqeyi ilə irəliləyir. Artıq rayonlarımız azad olunur. Yəqin ki, qısa bir zamanda torpaqlarımızı işğaldan azad edəcəyik və Dağlıq Qarabağ tam olaraq Azərbaycana qaytarılacaq”.

Partiya sədri terrorçu Ermənistanın Amerikadan gələn maliyyə qaynaqlarının da zədələndiyini deyib:

“Artıq Avropa İttifaqı və digər Avropa ölkələrindən bəyanatlar gəlir ki, ermənilər işğal etdikləri bölgələrimizdən çıxmalıdırlar. Bu artıq Paşinyana və Ermənistana edilən təzyiqlərdir. Ona görə ermənilər bu cinayətkar əməllərini törədir. Bizim ordumuz düşmənin layiqli cavabını verir və uğurlaq göz qabağındadır”.

Partiya belə bir vaxtda xarici ölkələrin liberal demokrat partiyalarına müraciətlər edərək, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə bağlı bir sıra bəyanatlar verdiklərini və müsbət reaksiyaların olduğunu deyib:

“Partiyamız Azərbaycanın haqlı işində Azərbaycan Ordusunun, Ali Baş Komandanın yanındadır və bu mübarizəyə qatılmaq, qələbəyə öz töhfəmizi vermək üçün bütün imkanlarından istifadə edir. Artıq 10-yaxın müttəfiq partiyalarımız bizimlə bərabər Ermənistanın işğalçılıq siyasətini pisləyən çıxışlar edirlər. İnanırıq ki, qələbə bizimlədir!”.

0.10227394104004