Britaniyada koronavirusa yoluxan millət vəkili iclasa qatıldı

Böyük Britaniya parlamenti virusa yoluxan Şotlandiya Milli Partiyasının təmsilçisini öz sıralarından xaric edəcəyini açıqlayıb.

Bu barədə korrespondent.net xəbər verir.

Britaniya Parlamentinin İcmalar Palatasında Şotlandiyanın təmsilçisi Marqaret Ferriyer COVID-19 virusuna yoluxmasına baxmayaraq, İcmalar Palatasının iclasına qatılıb.

Eyni zamanda, KİV-in verdiyi xəbərə görə, o, müvafiq diaqnozdan xəbərdar olub. Bu barədə cümə günü oktyabrın 2-də “Sky News” xəbər yayıb.

“Bu, tamamilə məsuliyyətsiz davranışdır. Millət vəkillərini və parlament üzvlərini belə bir riskə məruz qoymaq son dərəcə məsuliyyətsizlikdir”, - deyə telekanala Palatanın spikeri Lindsey Xoyl söyləyib.

Marqaret Ferriyerin virusun ilkin əlamətlərini hiss etdikdə Qlazqoda müayinə olunduğu bildirilir. Lakin laboratoriya onun test nəticələrini gecikdirib və qadın Londona yola düşüb. Üstəlik, koronavirusa yoluxduğuna dair nəticəni aldıqdan sonra belə, Şotlandiyanın paytaxtındakı evinə gedib. Artıq bir çox həmkarları Marqaret Ferriyeri etdiyi hərəkətə görə üzr istəməsinə baxmayaraq, istefa verməyə çağırıb. Hazırda polis məsələni öz üzərinə götürüb.

Qeyri-ciddi siyasətçini 10 000 funt sterlinqə qədər cərimə gözləyir. 

0.313640832901