Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 108 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Aktiv xəstə sayı 1612 nəfərdir.

Ölkədə son sutka ərzində 5789, hazırkı dövrədək isə 11323227 test aparılıb.

0.30161595344543