“Fox News” Trampın məsləhətçisinin köməkçisinə 4 milyon dollar ödədi

ABŞ-ın “Fox News” televiziya kanalı ABŞ Prezidenti Donald Trampın kiçik oğlunun rəfiqəsi olan kanalın keçmiş aparıcısı Kimberli Gilfoylın köməkçisinə cinsi təcavüz mövzusunda susması üçün 4 milyon dollar ödəyib. 

Bu barədə CNN xəbər verib. 

K.Gilfoylın 2018-ci ildə “Fox News”dan qəflətən ayrıldığı, gedişinin səbəblərini açıqlanmadığı bildirilir. Hazırda keçmiş aparıcı Donald Trampın məsləhətçisidir. 

2018-ci ildə “HuffPost” jurnalı K.Gilfoylın kanaldan ayrılmasının cinsi təcavüzlə əlaqəli olduğu barədə məlumat verib. Həmin vaxt onun vəkili bu cür açıqlamaları əsassız adlandırıb. 

Mənbə qadının tez-tez köməkçisindən mənzilində çalışmasını tələb etməsini, qarşısına geyimsiz çıxmasını və münasibət qurduğu şəxslərin səmimi fotolarını göstərməsini tələb etdiyini bildirib. 

K.Gilfoylın, öz növbəsində, “The New Yorker” qəzetinə verdiyi müsahibədə buna heç vaxt imkan vermədiyini söyləyib. “Fox News” məsələni şərh etməkdən imtina edib. 

Tramp kampaniyasının rəsmiləri də mövzu ilə əlaqədar şərh verməyib.

0.34387493133545