Keçmiş ər “TikTok” ulduzunu canlı efirdə yandırdı - VİDEO

Çində “TikTok” ulduzu vəhşicəsinə qətlə yetirilib. Keçmiş əri onu canlı yayımda üzərinə benzin tökərək yandırıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, 30 yaşlı Lamu A öz istifadəçiləri ilə söhbət etmək üçün canlı yayıma çıxıb (Onun 782 min izləyicisi olub). Qəfildən yayım dayanıb, ekran qaralıb, kadrın arxasında isə qorxunc qadın qışqırıqları eşidilib.

İki gün sonra qurbanın bacısı Lamunun qəddar hücuma məruz qaldığını bildirib. Belə ki, canlı yayım gedərkən “TikTok” ulduzunun keçmiş əri əlində balta və kanistrlə evə soxulub. O, Lamunun üstünə cumub, üstünə benzin töküb və ailəsinin gözü qarşısında diri-diri yandırıb.

Zərərçəkən bədəninin 90 faizinin yanması ilə xəstəxanaya yerləşdirilsə də, bir müddətdən sonra həyatla vidalaşıb.

Qadının keçmiş əri saxlanılıb. Onun mütəmmadi olaraq Lamunu döydüyü ortaya çıxıb. Buna görə də gənc qadın boşanmaq istəyib. Bu isə kişinin xoşuna gəlməyib.

0.34417295455933