Messi Depayın “Barselona”ya transferinə qarşı çıxır

“Barselona”nın hücumçusu Lionel Messi “Lion”un hücumçusu Memfis Depayın Kataloniya klubuna keçməsinə qarşıdır.

Bu barədə “BeIN Sports” xəbər yayıb.

Argentinalı futbolçu “Barselona”nın “Mançester Yunayted”ə sata biləcəyi Osman Dembelenin komandada qalmasını istəyir.

Həmçinin bildirilmişdi ki, Depayın “Barselona”ya keçidi Dembelenin katalonlardan ayrılması halında mümkün ola bilər.

0.44404482841492