Deputatdan TƏKLİF: “Həbsdə olan əsgər və zabitlərimizin də döyüşdə iştirakını təmin edə bilərik”

“Fransa ona dəxli olmayan, özündən uzaq regionda erməni təəssübkeşliyini davam etdirir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O, Azərbaycan dövlətinin qətiyyətli şəkildə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasının tələb olunması təklifini irəli sürüb:

“Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu gündəmə gətirib. İkinci təklifim isə bundan ibarətdir ki, bizim həbsdə əsgər və zabitlərimiz var, onların da qısa müddətə əfv olunaraq, həm əsgər, həm də zabit kimi döyüşə qatılmasını təmin edək.

Bu, könüllü şəkildə olmalıdır və beynəlxalq təcrübədə var. Üçüncü təklifim isə budur ki, Türkiyə hərbi əməliyyatlar həyata keçirəndə məscidlərdən azan səsi yüksəlirdi və əsgərlər üçün dualar oxunurdu. Azərbaycanda da bu qədər məscid var. Burada da hər gün azan səsinin ucalması əsgərlərə mənəvi olaraq ruh yüksəkliyi verər”.

0.30540704727173