Piyada keçidi “KamAZ”ın üstünə çökdü – ANBAAN VİDEO

Rusiyanın Çelyabinsk şəhərində piyada keçidinin “KamAZ”ın üzərinə çökmə anı ilə bağlı kadrlar yayımlanıb.

Bu barədə e1.ru xəbər yayıb.

Kadrlarda yük yeri qalxmış halda olan “KamAZ”ın sürətlə yerüstü piyada keçidinə çırpılması əks olunub.

Konstruksiyanın bir hissəsi sürücünün olduğu kabinənin üstünə düşüb. 27 yaşlı sürücü hadisə yerində ölüb.

0.30933690071106