Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq işi üzrə dindirilib.
Fuad Əliyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, partiya sədri istintaq hərəkətləri ilə əlaqədar Baş İdarəyə dəvət olunub. O, Fuad Əliyevin yaxın dəqiqlərdə buraxılacağını deyib.
ALDP Mətbuat Xidməti xəbər verir ki, Fuad Əliyevin ifadəsi alınıb və o sərbəst buraxılıb.